“Yay məktəbi” fəaliyyətə başladı

Mövcud vəziyyətlə əlaqədar olaraq cari tədris ilinin əhəmiyyətli hissəsi distant formada təşkil edildiyindən məsafədən təhsil şagirdlərə bilik və bacarıqların mənimsənilməsində müəyyən çətinliklər yaratmış oldu. Təhsil Nazirliyinin şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrəninənlərin ümumiləşdirilməsi məqsədilə 16 iyun 2021-ci il tarixindən etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkil edilməsi barədə qərarından sonra məktəbdə bununla əlaqədar hazırlıq işləri görüldü. “Yay məktəbi” nə yazılan şagirdlərin qeydiyyatı aparıldı, müvafiq olaraq fənlər üzrə fəaliyyət planları hazırlandı, dərs cədvəlləri tərtib edildi.

İyun ayının 16 – da “Yay məktəbi”nin təntənəli açılışı təşkil edildi. “Əylənərək öyrənək” şüarı ilə şagirdlər üçün maraqlı idman oyunları, əyləncəli dərslər keçirildi. Şagirdlər elə ilk gündən “Yay məktəbi”nə böyük həvəs və maraq göstərdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi