Nailiyyətlərimiz

Daha bir uğura imza atdıq!Cüdo üzrə Sankt - Peterburqda keçirilən Dünya Festivalında məktəbimizin VI sinif şagirdi Novruz Muradov III yerə layiq görülüb. Novruz Muradovun daha böyük qələbələrə imza atacağına, məktəbimizi, başlıcası, Respublikamızı ləyaqətlə təmsil edəcəyinə inanırıq!

“SABAHIN ALİMLƏRİ” IV Respublika müsabiqəsinin qalibiyik.“SABAHIN ALİMLƏRİ” IV Respublika müsabiqəsinin qalibiyik. Qloballaşan dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamiylə yeni tələblər qoyur. Ölkəmizin ümumitəhsil müəssisələrində gedən proseslərin, həyata keçirilən tədbirlərin bir hissəsi məhz bu vəzifənin yerinə yetirilməsinə xidmət edərək gənclərdə müasir düşüncə tərzinin formalaşdırılmasına, onların idarəetmə və tədqiqatyönlü fəaliyyətə cəlb edilməsinə istiqamətləndirilir. “SABAHIN ALİMLƏRİ” Respublika müsabiqəsinin keçirilməsində də əsas məqsədimiz şagirdlərdə elmi-təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərini aşılamaq, tədqiqat aparan şagirdlərin sayını artırmaq, onların elmi fəaliyyətinlərini stimullaşdırmaqdır. Müsabiqənin Azərbaycan gəncliyinin və təhsilimizin inkişafına hər zaman xüsusi diqqət göstərən Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilməsi təsadüfi xarakter daşımır. Ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsi, kadr və intellektual potensialın möhkəmləndirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin miras qoyduğu milli təhsil quruculuğu bu gün ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Artıq 3 ildir ki, bizim məktəbimiz də bu layihəyə qatılır. Ilk 2 ildə II yerin qalibi olduğumuz üçün IV Respublika müsabiqəsində I yerə iddialıydıq. Şükürlər olsun ki, Gülər Əzizova, Ayna Zərbəliyeva və elmi rəhbər Sevda Nadirovanın gərgin və yorulmaz zəhməti sayəsində birinciliyi əldə edə bildik. Gəlin onları, eləcə də, bu müsabiqənin bütün qaliblərini təbrik edək, gənc alimlərə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayaq.

“Xəmsə” intellektual oyununda iştirakımızGənclər və idman nazirinin müavini İntiqam Babayevin sözlərinə görə “Xəmsə” ilk milli brendli İntellektual Oyundur və gələcəkdə bu oyunun beynəlxalq səviyyədə təşkil edilməsi istiqamətində Respublikamızda müvaifq işlər aparılır. “Bu oyunun məqsədi gənclərin dünyagörüşünü genişləndirmək və Azərbaycan tarixi və mədəniyyəti üzrə biliklərini artırmaqdır”. Bizim məktəbimizin şagirdləri də “Xəmsə” Milli intellektual oyununun rayon turunda 18 komanda arasından seçilərək II yerə layiq görüldüyündən şəhər turunda iştirak ediblər. Noyabrın 19–da 14 komandanın iştirakı ilə keçirilən yarışmada qalib ola bilməsək də, gələcəkdə qalib olmaq əzmi ilə bu ilki qaliblərə uğurlar arzulayırıq.

HAQQIMIZDA

1930-1933-cü illərdə Bakının mərkəzində ...

BİZİM FƏXRLƏRİMİZ

Bəhram Bağırzadə Arif

Fərid Ağayev Eldəniz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi