Kiçik Akademiya

“Kiçik Akademiya”nın fəaliyyətiSəbail r 189-190 nömrəli tam orta məktəbin şagirdləri Abdurazaklı Selcan və Həşimova Ruhi “Qida dedektivi” adlı tədqiqat təqdimatları ilə Səbail rayon məktəbləri arasında 2ci yerə layiq görüldülər.

Ətraflı

“Kiçik Akademiya”nın fəaliyyəti“KİÇİK AKADEMİYA “ÜZVLƏRİNİN RAYON KONFRANSI KEÇİRİLİB. “Kiçik Akademiya “üzvlərinin Səbail rayonu üzrə Heydər Əliyev ilinə həsr edilmiş rayon konfransı keçirilib.6şagirdlər öz tədqiqat işlərini təqdim ediblər. Kiçik Akademiya” üzvlərinin I Ümumşəhər Konfransına seçim turu keçirilib. Şagirdlərə konfransda iştirak etdiklərinə görə diplomlar təltif edildi. Eyni zamanda qeyd olundu ki, bu konfrans 2023-cü ilin dekabr ayında “Heydər Əliyev İli”nə həsr olunmuş “Kiçik Akademiya” üzvlərinin görüşü keçirildi. Şagirdlərimiz Zərbəliyev İsfəndiyar,İmamverdiyev Salman ,Abdullayeva Şəfiqə “Rapacademic” adlı saytın təqdimatını etdilər.

Ətraflı

"Kiçik Akademiya”ın fəaliyyətinin genişləndirilməsiÜmumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyətinin genişləndirilməsi ilə bağlı BŞTİ nin müvafiq əmrinin icrası məqsədiylə tədbir keçirilib. Tədbirdə KEA – nın yeni tərkibi müəyyənləşdirilmiş, məktəbin gənc biologiya müəllimi Elnarə Nərimanova KEA – nın rəhbəri təyin edilmişdir. Riyaziyyat, fizika, kimya, tarix, Azərbaycan dili və ədəbiyyat, informatika fənləri üzrə səriştəli müəllimlərin də qatıldığı görüşdə BŞTİ tərəfindən təqdim olunan fəaliyyət istiqamətləri müzakirə edilmiş, istedadlı, yaradıcı şagird bankının tərkibinə yenidən baxılması, müxtəlif elm sahəsində çalışan səristəli valideynlərlə əməkdaşlığın istiqamətləri, eləcə də KEA – nın orqanı kimi “İntellekt“divar qəzetinin yaradılması məsələləri müzakirə edilmişdir. Qeyd edək ki, “Kiçik Akademiya”ların təşkil olunmasında əsas məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir. Sonda məktəbin direktoru yeni yaradılan komandanın dəstəyi ilə KEA – nın fəaliyyətində ciddi dönüş yaranacağına əminliyini bildirmişdir.

Ətraflı

“Kiçik Akademiya”nın fəaliyyətiMəktəbimizdə “Kiçik Akademiya” 2012-2013-cü tədris ilindən fəaliyyətə başlayıb. “Kiçik Akademiya”nın yaradılmasında məqsəd VIII-XI sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsi, tanınmış alim və mütəxəssislərin istedadlı şagirdlərlə işə cəlb edilməsindən ibarət olub. Bu məqsədlə məktəbin səriştəli və kreativ müəllimləri şagirdlər arasında elmi dünyagörüşü ilə fərqlənən, tədqiqatçılıq qabiliyyəti olan şagirdləri seçərək onları «Kiçik Akademiyaya” ya cəlb etmiş humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi bölmələr üzrə müvafiq tapşırıqlar, elmi-tətqiqat işləri verməklə onların qabiliyyətinin formalaşmasına çalışmışlar. Hər tədris ili üçün müvafiq fəaliyyət planı hazırlanmış və xüsusi istedadlı şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə elmi tətqiqatçılıq fəaliyyətinə cəlb edilmişlər. Bu sahədə Bakı şəhəri 23 nömrəli məktəblə də əməkdaşlıq etmişik. Belə ki, “Kiçik Akademiya”nın son yığıncağına hər iki məktəbin istedadlı şagirdləri (“Kiçik Akademiyaya”) üzvləri dəvət edilmiş, onların təqdimatı dinlənilmiş, qalib şagirdlər mükafatlandırılmışlar. Məhz “Kiçik Akademeya”nın iştirakçıları olan Fəridə Məmmədova, Ayna Zərbəliyeva, Gülər Əzizova məktəbimizi “Sabahın Alimləri” Respublika Müsabiqəsində təmsil etmiş və I yerə layiq görülmüşlər. Bu illər ərzində Kamran Mahmudov, İsmət Cahangirova (Woman), Samirə Sultanova (Etnik münaqişələrin qlobal ölçüləri), Ruqiyyə Qəmbərova (Fraktarlar), Fəridə İsmayılova (Enerji mənbələri), Firdus Kərimzadə (Azərbaycan qadını və siyasət), Afət Məmmədova (Childens rights), Fatimə Həsənova (Ekologiya- Azərbaycanda suyun və torpağın çirklənməsi), Sinan Yaqubov, Faiq Hüseynov (Azərbaycanın aqrar sektoru), Nigar Qədirli (Azərbaycanın enerjı resursları), Aytac Mirzəyeva (Müasir cəmiyyətdə jarqonların nitqdə rolu) mövzularında elmi işlər hazırlamışlar. Bu tədris ilində “Kiçik Akademiya”nın yeni şurasının tərkibi müəyyənləşdirilmiş. “Kiçik Akademiya”ya rəhbərlik (prezident) gənc müəllim Leyla Qəmbərovaya həvalə olunmuşdur. Vitse prezident - Natavan Məmmədova Bölmə rəhbərləri – Qəndab Abbasova, Aida Tağıyeva seçilmişlər. 2018-2019-cu tədris ilində “Kiçik Akademiya”nın üzvləri aşağıda qeyd olunan mövzularda tətqiqat işləri üzərində çalışırlar. “Развитие экотуризма в Азербайджане” - 9 “F” sinif şagirdi Mehriban Mahmudova “Nitq mədəniyyəti” -10 “A” sinif şagirdi Firyaz Məmmədova “Lampada damcı”-11 “A” sinif şagirdi Şamil Rəhmanov və 9 “A” sinif şagirdi Həmidbəy Nəcəfli. Tədris ilinin sonunda “Kiçik Akademiya”nın hesabat yığıncağı keçiriləcək, şagirdlərin təqdimatları – elmi işləri dinləniləcək və qaliblər mükafatlandırılacaq.

Ətraflı
HAQQIMIZDA

1930-1933-cü illərdə Bakının mərkəzində ...

BİZİM FƏXRLƏRİMİZ

Ceyhun Mirzəyev Cəmil

Vahid Ələkbərov

HAQQIMIZDA

1930-1933-cü illərdə Bakının mərkəzində ...

BİZİM FƏXRLƏRİMİZ

Ceyhun Mirzəyev Cəmil

Vahid Ələkbərov

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi