"Kiçik Akademiya”ın fəaliyyətinin genişləndirilməsi

Ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyətinin genişləndirilməsi ilə bağlı BŞTİ nin müvafiq əmrinin icrası məqsədiylə tədbir keçirilib. Tədbirdə KEA – nın yeni tərkibi müəyyənləşdirilmiş, məktəbin gənc biologiya müəllimi Elnarə Nərimanova KEA – nın rəhbəri təyin edilmişdir. Riyaziyyat, fizika, kimya, tarix, Azərbaycan dili və ədəbiyyat, informatika fənləri üzrə səriştəli müəllimlərin də qatıldığı görüşdə BŞTİ tərəfindən təqdim olunan fəaliyyət istiqamətləri müzakirə edilmiş, istedadlı, yaradıcı şagird bankının tərkibinə yenidən baxılması, müxtəlif elm sahəsində çalışan səristəli valideynlərlə əməkdaşlığın istiqamətləri, eləcə də KEA – nın orqanı kimi “İntellekt“divar qəzetinin yaradılması məsələləri müzakirə edilmişdir. Qeyd edək ki, “Kiçik Akademiya”ların təşkil olunmasında əsas məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir. Sonda məktəbin direktoru yeni yaradılan komandanın dəstəyi ilə KEA – nın fəaliyyətində ciddi dönüş yaranacağına əminliyini bildirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi