“Kiçik Akademiya”nın fəaliyyəti
Məktəbimizdə “Kiçik Akademiya” 2012-2013-cü tədris ilindən fəaliyyətə başlayıb. “Kiçik Akademiya”nın yaradılmasında məqsəd VIII-XI sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsi, tanınmış alim və mütəxəssislərin istedadlı şagirdlərlə işə cəlb edilməsindən ibarət olub. Bu məqsədlə məktəbin səriştəli və kreativ müəllimləri şagirdlər arasında elmi dünyagörüşü ilə fərqlənən, tədqiqatçılıq qabiliyyəti olan şagirdləri seçərək onları «Kiçik Akademiyaya” ya cəlb etmiş humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi bölmələr üzrə müvafiq tapşırıqlar, elmi-tətqiqat işləri verməklə onların qabiliyyətinin formalaşmasına çalışmışlar. Hər tədris ili üçün müvafiq fəaliyyət planı hazırlanmış və xüsusi istedadlı şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə elmi tətqiqatçılıq fəaliyyətinə cəlb edilmişlər. Bu sahədə Bakı şəhəri 23 nömrəli məktəblə də əməkdaşlıq etmişik. Belə ki, “Kiçik Akademiya”nın son yığıncağına hər iki məktəbin istedadlı şagirdləri (“Kiçik Akademiyaya”) üzvləri dəvət edilmiş, onların təqdimatı dinlənilmiş, qalib şagirdlər mükafatlandırılmışlar. Məhz “Kiçik Akademeya”nın iştirakçıları olan Fəridə Məmmədova, Ayna Zərbəliyeva, Gülər Əzizova məktəbimizi “Sabahın Alimləri” Respublika Müsabiqəsində təmsil etmiş və I yerə layiq görülmüşlər.
Bu illər ərzində Kamran Mahmudov, İsmət Cahangirova (Woman), Samirə Sultanova (Etnik münaqişələrin qlobal ölçüləri), Ruqiyyə Qəmbərova (Fraktarlar), Fəridə İsmayılova (Enerji mənbələri), Firdus Kərimzadə (Azərbaycan qadını və siyasət), Afət Məmmədova (Childens rights), Fatimə Həsənova (Ekologiya- Azərbaycanda suyun və torpağın çirklənməsi), Sinan Yaqubov, Faiq Hüseynov (Azərbaycanın aqrar sektoru), Nigar Qədirli (Azərbaycanın enerjı resursları), Aytac Mirzəyeva (Müasir cəmiyyətdə jarqonların nitqdə rolu) mövzularında elmi işlər hazırlamışlar.
Bu tədris ilində “Kiçik Akademiya”nın yeni şurasının tərkibi müəyyənləşdirilmiş. “Kiçik Akademiya”ya rəhbərlik (prezident) gənc müəllim Leyla Qəmbərovaya həvalə olunmuşdur.
Vitse prezident - Natavan Məmmədova
Bölmə rəhbərləri – Qəndab Abbasova, Aida Tağıyeva seçilmişlər.
2018-2019-cu tədris ilində “Kiçik Akademiya”nın üzvləri aşağıda qeyd olunan mövzularda tətqiqat işləri üzərində çalışırlar.
“Развитие экотуризма в Азербайджане” - 9 “F” sinif şagirdi Mehriban Mahmudova
“Nitq mədəniyyəti” -10 “A” sinif şagirdi Firyaz Məmmədova
“Lampada damcı”-11 “A” sinif şagirdi Şamil Rəhmanov və 9 “A” sinif şagirdi Həmidbəy Nəcəfli.
Tədris ilinin sonunda “Kiçik Akademiya”nın hesabat yığıncağı keçiriləcək, şagirdlərin təqdimatları – elmi işləri dinləniləcək və qaliblər mükafatlandırılacaq.