Nailiyyətlərimiz

“Gələcək Nəsillərlə Üz–Üzə” Ümumrespublika İnşa Müsabiqəsinin qalibiyikAzərbaycan Futuroloqlar Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən birgə keçirilən “Gələcək Nəsillərlə Üz–Üzə” Ümumrespublika İnşa Müsabiqəsində məktəbimizin IX sinif şagirdi Rəhimə Abbasova “Qadınların statusu” bölməsi üzrə I yerə layiq görülmüş, diplom və qiymətli hədiyyə ilə mükafatlandırılmışdır. Rəhimə Abbasovanı təbrik edir, ona gələcəkdə daha böyük uğurlar arzulayırıq.

“QLOBALLAB” LAYİHƏSİNİN QALİBİYİKYuneskonun xətti ilə “Qloballab” layihəsində “Mnoqoliniy vozdux” hava bölməsində məktəbimiz 6 nominasiya üzrə 12 sertifikat əldə edib.Bu nailiyyətin əldə olunmasında məktəbin müəllim və şagirdlərinin böyük zəhməti olmuşdur.Birgə iş fəaliyyəti bu yüksək nəticənin əldə olunmasına böyük təkan oldu.”Qloballab” layihəsinin hava bölməsində məktəbin ibtidai sinif müəllimi Nigar Fiqarovanın müsabiqəyə təqdim etdiyi video-material xüsusi yer tutdu. Video-material havanın çirklənməsinin qarşısının alınması üçün şagirdlərinin gəldiyi nəticələri ozündə əks etdirir.Yüksək səviyyəli video çəkilişlər böyük zəhmət tələb etmişdir. Nigar müəllimənin 3f sinfinin şagirdləri bu layihədə fəal iştirak etmişlər. İbrahim Mənsiyev 4 nominasiya üzrə, Nəzrin İsrafilova 2 nominasiya üzrə müsabiqənin qalibi olmuşlar. Məktəbin 4a sinif şagirdləri Cəfər Poladov və Zülfiyyə Ağakişiyeva da müxtəlif nominasiyalar üzrə müsabiqənin qalibi olmuşlar.Bu layihənin III mərhələsi oktyabr –noyabr aylarında davam edəcək. Layihənin “Torpaq və od” bölməsi üzrə keçiriləcək növbəti müsabiqədə məktəbimizin müəllim və şagird kollektivinə müvəffəqiyyətlər arzulayirıq!

“MƏKTƏBİNİ TANIT” MÖVZUSUNDA VİDEOÇARX MÜSABİQƏSİNİN QALİBİ OLDUQKeçən dərs ilinin sonunda“Məktəbini tanıt” mövzusunda videoçarx müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, müsabiqə təşkilatçıları, müəllimlər, valideynlər iştirak ediblər. Tədbirdə qeyd olunub ki, “Məktəb İcma Qurumlarının təşkili” layihəsi çərçivəsində Məktəb icmalarının bütün iştirakçıları üçün Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Community.az portalı müsabiqə elan edib. 11-31 may tarixlərində keçirilən məktəblərarası “Məktəbini tanıt” adlı videoçarx müsabiqəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri iştirak edib. “Bizim məktəbimiz nə ilə fərqlənir?”, “Məktəbimizin məzunları”, “Məktəbin şən hekayəsi”, “Gələcəyin məktəbi”, “Bizim sinif icmasının uğurları” nominasiyaları üzrə keçirilən müsabiqəyə 91 məktəb 194 videoçarx təqdim edib. Həmin videoçarxlar Community.az portalında yerləşdirilib. Müsabiqənin nəticələrinə görə, bizim məktəbimiz “Məktəbimizin məzunları” və “Məktəbin şən hekayəsi nominasiyaları üzrə qalib seçilib. Sonda diplom və qiymətli hədiyyələrlə təltif olunmuşuq.. Uğurlarımız davamlı olsun.

HAQQIMIZDA

1930-1933-cü illərdə Bakının mərkəzində ...

BİZİM FƏXRLƏRİMİZ

Ceyhun Mirzəyev Cəmil

Mahir Muradov Cümşüd

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi