Nailiyyətlərimiz

Səninlə fəxr edirik, Fərid!Məktəbimizin 9 b sinif şagirdi Fərid Ağayev İsveçrənin Surix şəhərində keçirilən Karate üzrə Avropa çempionatında həm fərdi və həm də komanda halında bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Fəridi ürəkdən təbrik edir, ona daha böyük qələbələr arzulayırıq. Əminik ki, gələcəkdə Fərid hətta Olimpiya çempionatında doğma Azərbaycanımızı təmsil edəcək və Azərbaycan bayrağını ucalara yüksəldərək bizləri qürurlandıracaq.

VƏTƏNPƏRVƏRLİK MÖVZUSUNDA İNSA YAZI MÜSABİQƏSİNİN QALİBLƏRİMəktəbimizin şagirdləri Vətənpərvərlik mövzusunda keçirilən müxtəlif tədbir və müsabiqələrə qatılır və yüksək nəticələr əldə edirlər. Bu dəfəki uğurumuz isə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Səbail rayon Gənclər və İdman İdarəsinin keçirdiyi Vətənpərvərlik mövzusunda İnşa Yazı müsabiqəsində oldu. 10-cu sinif şagirdləri Nərgiz Məmmədova və Validə Ağazadə Vətənpərvərlik mövzusunda İnşa Yazı müsabiqəsinin qalibi olaraq, diplom və hədiyyələrlə mükafatlandırmışlar.

“Formula 1 Avropa Gran Pri” yarışlarının qalibləri sırasındaBakı şəhərində keçiriləcək “Formula 1 Avropa Gran Pri” yarışlarının məktəblilər arasında təbliğinə həsr edilmiş basketbol 3x3 idman oyunu üzrə I mərhələ yəni rayon mərhələsi keçirilmişdir. Məktəbimizin komandası 2-ci yerə layiq görülmüş və növbəti mərhələyə, yəni respublika mərhələsinə vəsiqə qazanmışdır. Komandamıza növbəti respublika mərhələsində uğurlar diləyirik.

HAQQIMIZDA

1930-1933-cü illərdə Bakının mərkəzində ...

BİZİM FƏXRLƏRİMİZ

Elşad Nəsirov Mustafa

Çingiz Əsgərov

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi