Nailiyyətlərimiz

“Xəmsə” intellektual oyununda iştirakımızGənclər və idman nazirinin müavini İntiqam Babayevin sözlərinə görə “Xəmsə” ilk milli brendli İntellektual Oyundur və gələcəkdə bu oyunun beynəlxalq səviyyədə təşkil edilməsi istiqamətində Respublikamızda müvaifq işlər aparılır. “Bu oyunun məqsədi gənclərin dünyagörüşünü genişləndirmək və Azərbaycan tarixi və mədəniyyəti üzrə biliklərini artırmaqdır”. Bizim məktəbimizin şagirdləri də “Xəmsə” Milli intellektual oyununun rayon turunda 18 komanda arasından seçilərək II yerə layiq görüldüyündən şəhər turunda iştirak ediblər. Noyabrın 19–da 14 komandanın iştirakı ilə keçirilən yarışmada qalib ola bilməsək də, gələcəkdə qalib olmaq əzmi ilə bu ilki qaliblərə uğurlar arzulayırıq.

Dama yarışıRespublika Şahmat Mərkəzində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVII spartakiadanın proqramına daxil olan dama növü üzrə yarışda məktəbimizin komandası I yerə layiq görülüb. Qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVII spartakiadanın baş hakiminin müavini Əbdülov Salman, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı, XXVII spartakiadanın baş katibi Sultanova Valentina, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin aparıcı məsləhətçisi, XXVII spartakiadanın mandat komissiyasının sədri Əlizadə Cəlil və yarışların baş hakimi Məmmədzadə Nurəli qalibləri təbrik edib və onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

Daha bir qalibimiz!Məktəbimizin III sinif şagirdi Şərifzadə İsmayıl bu günlərdə Tbilisidə keçirilən Qafqaz regionu üzrə Kinqbox Beynəlxalq çempionatda qalib olmuş, Vətənə qızıl medalla qayıtmışdır. Ismayılın bu qələbəyə Ermənistan təmsilçisini məğlub etməklə nail olması bizi daha da qürurlandırır. Azərbaycan bayrağının məktəbimizin şagirdi sayəsində yenidən ucaldılacağına əminlik hissi ilə yaxın günlərdə Türkiyədə keçiriləcək yarışmada İsmayıla nailiyyətlər diləyirik.

HAQQIMIZDA

1930-1933-cü illərdə Bakının mərkəzində ...

BİZİM FƏXRLƏRİMİZ

Tahir Tağızadə Tofiq

Məmməd Əliyev Cavad

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi