Nailiyyətlərimiz

Balaca Məltəmin gələcək uğurlarına inanırıqMəktəbimizin 1 sinif şagirdi Məltəm Quliyeva 2013-cü ildən Bədii Gimnastika məktəbində bədii gimnastika idman növü ilə məşğul olur. Məltəmin ilk diplomu Bədii Gimnastikaya olan vurğunluğu və əməkseverliyinin bəhrəsi kimi qəbul edilməlidir. Məltəm 2015-ci ildə Təhsil Nazirliyi tərəfindən Heydər Əliyevin xatirəsinə həsr edilmiş idman yarışında, eləcə də, “1-ci Açıq Təhsil Kubokun"dakı çıxışına görə idman aləmində vacib və uğurlu nəticə sayılan birinci beşlik arasında qalib olub. 2016-cı ildə də Məltəm gimnastika sahəsində bir sıra uğurlara imza atıb. Gənclər və Idman Nazirliyi və Təhsil Nazirliyinin keçirdiyi "Açıq Təhsil Kubokun"da I yerə və "Təhsil Kubokuna" layiq görülüb. Bakı Birinciliyində Alətsiz və Alətlə çıxışına görə II yerlə təltif olunub, BQM-də keçirilən Məktəb Birinciliyində iştirakına görə diploma layiq görülüb. Hazırda Bədii Gimnastika üzrə seçim turundan uğurla keçən Məltəm peşəkar məşqçilərin ciddi iş nəzarəti altında milli komandada çalışır. Yaşının az olmasına baxmayaraq idmançı dözüm və gücünü səfərbər edərək qarşıda onu gözləyən yeni yarışlara, uğurlara inanır və qalibiyyəti səbirsizliklə gözləyir. Bu yolda balaca Məltəmə böyük uğurlar diləyirik!

Beynəlxalq olimpiada qalibi Rəhimə AbbasovaBu ilin sentyabrında “Rus dilinin biliciləri” Beynəlxalq olimpiadasının I turu həyata keçirildi. Olimpiadaya Azərbaycan, Gürcüstan, Qırğızıstan, Latviya, Litva, Belarusiya, Qazaxıstan, Ermənistan, Moldova və Estoniya respublikalarından 2000–dən çox VII–XI sinif şagirdləri qatılmışdır. Final mərhələsinə vəsiqə qazanan 11 məktəblidən ikisi Azərbaycanı təmsil edirdi ki, onlardan biri də məktəbimizin X sinif şagirdi Rəhimə Abbasova idi. Olimpiadanın final mərhələsi 30 noyabr–01 dekabr tarixlərində Moskva şəhərində Rusiyanın “Drujba Narodov” universitetinin Müəllimlərin təkmilləşməsi fakultəsində keçirildi. Final mərhələsinə 2 mərhələnin (I mərhələdə qrammatik biliklərin online test vasitəsiylə yoxlanması, II mərhələdə esse və ya yaradıcı işin təqdim olunması) qalibləri dəvət olunmuş, III mərhələ isə qaliblərin mükafatlandırılması ilə başa çatmışdır. Final mərhələsində, eyni zamanda, qalib şagirdlərin Moskvaya dəvət olunmuş müəllimləri üçün də maraqlı seminarlar təşkil olunmuşdur. Moskva şəhərinin görməli yerləri ilə tanışlıq,“Tretyakovsk” qalereyasına ziyarət olimpiada iştirakçılarının yaddaşında silinməz xatirələrlə qalacaq. Tədbirin sonunda qalib şagirdimiz Rəhimə Abbasova və müəllimi Lalə Pənahovaya müvafiq mükafat və sertifikatlar təqdim olundu. Növbəti uğurlara imza atacağına əminliklə Rəhiməni ürəkdən təbrik edirik!

Uğur, uğur gətirirMəktəbimizin 2 a sinifi şagirdi Raul Səfərəliyev Batumidə keçirilən Karate üzrə VIII Avropa çempionatının qalibi olub. Onu səmimi qəlbdən təbrik edir, daha böyük uğurlara imza atmasını arzulayırıq. Raul kimi şagirdlərimizin Azərbaycan idmanına töhfələr verməsi bizi qəlbən sevindirir və onların biz gələcəyinə böyük ümidlə baxırıq. Bir daha şagirdimizi təbrik edirik.

HAQQIMIZDA

1930-1933-cü illərdə Bakının mərkəzində ...

BİZİM FƏXRLƏRİMİZ

Mənzər Babanlı Elmar

Tahir Tağızadə Tofiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi