Nailiyyətlərimiz

Şagirdimizin nailiyyətiMəktəbimizin III sinif şagirdi Raul Səfərəliyev Azərbaycan Respublikası ŞİTO – RYU KARATE- DO FEDERASİYASININ təşkil etdiyi XIV Açıq Respublika Çempionatında qızıl medala layiq görülmüşdür. Raulu ürəkdən təbrik edir, ona daha böyük nailiyyətlər arzulayırıq.

Avropa çempionumuzKaratenin vado idman növü üzrə Fransanın Paris şəhərində keçirilən 42-ci Avropa çempionatında məktəbimizin şagirdi Fərid Ağayev həmişə olduğu kimi bu dəfə də qələbə qazandı. Belə ki, Fərid fərdi görüş üzrə I, komanda halında isə II yerə layiq görüldü. Bir-birinin ardınca qazanılan bu uğurlar Fəridin gələcəkdə hətta Olimpia çempionu olaraq müstəqil Azərbaycan bayrağını yüksəklərə qaldıracağına hər birimizdə əminlik hissi yaradır. Fərid, səni ürəkdən təbrik edir və səninlə qürur duyuruq. Qələbələrin bol olsun!

İdmançımızın uğuruMəktəbimizin 5 a sinif şagirdi Əli Qasımov kikboksinq idman növü üzrə "26 fevral Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş" açıq turnirdə iştirak etmiş, 42 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülmüşdür. Ona gələcək yarışlarda da uğurlar diləyirik.

HAQQIMIZDA

1930-1933-cü illərdə Bakının mərkəzində ...

BİZİM FƏXRLƏRİMİZ

İradə Aşumova Süleyman

Ələkbər Kazımovski Rauf

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi