MƏQSƏDİMİZ MÜVƏFFƏQİYYƏT FAİZİNİN DEYİL, KEYFİYYƏT FAİZİNİN DAHA DA YÜKSƏLDİLMƏSİDİRBuraxılış imtahanlarının nəticələri hər bir təhsil müəssisəsinin təlim nəticələrinin, tədris keyfiyyətinin göstəricisi kimi dəyərləndirilə bilər. Bu il bu nəticələrdə istər ölkə üzrə, istərsə də məktəbimizdə yüksəliş olub. Fikrimizcə, Təhsil Nazirliyi, BŞTİ tərəfindən ümumtəhsil üzrə inkişafyönümlü tədbirlərin həyata keçirilməsi - müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, müasir təlim texnologiyalarından istifadə etməklə fəal-interaktiv təlim metodlarına əsaslanan dərslərin tətbiqi, tədrisin keyfiyyətinə nəzarət məqsədilə müxtəlif monitorinqlərin, sınaq qiymətləndirmələrinin təşkili, istedadlı, həmçinin, zəif oxuyan şagirdlər üçün müxtəlif tədris proqramlarının hazırlanması sayəsində respublikada buraxılış imtahanları üzrə nəticələrdə əsaslı dəyişikliyə nail olunub. Təhsil sahəsində aparılan ciddi islahatlar, həmçinin, məktəbimizdə bu islahatların reallaşması istiqamətində atılan addımları buraxılış imtahanlarının nəticələrinin müsbətə doğru dəyişməsinə təsir edən amillər hesab edirik.Məktəbimizdə şəffaf və səmərəli idarəetmə sisteminin yaradılması, valideynlərin tədris prosesinə daha yaxından cəlb olunması, təhsildə zəif nəticə göstərən şagirdlər üçün əlavə məşğələlərin təşkili buraxılış imtahanlarının nəticələrinin ötən illərlə müqayisədə əsaslı şəkildə müsbətə doğru dəyişməsinə səbəb olmuşdur. Ardıcıl olaraq 2il dalbadal IX siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən yüksək nailiyyət əldə etdiyimizə görə BŞTİ tərəfindən FƏXRİ FƏRMANLA təltif edilməyimiz bizi heç də arxayınlaşdırmır. Çünki məqsədimiz müvəffəqiyyət faizinin deyil, keyfiyyət faizinin daha da yüksəldilməsidir. Hər bir məktəbin təhsil nəticələrindəki yüksəliş isə Azərbaycan təhsilinin uğuru, inkişafı deməkdir.
Böyük rus şairi Mixail Lermontovun 200 illik yubileyiŞagirdimiz Azər Məmmədov böyük rus şairi Mixail Lermontovun 200 illik yubileyi ilə bağlı Heydər Əliyev Fondu tərəfindən keçirilən müsabiqədə iştirak edərək, qaliblər sırasında yer almışdır.
Uşaq və Gənclər arasında keçirilən rəsm müsabiqəsinin qalibi olduqMəktəbimizin şagirdi İsrailova Nəzrin Beynəlxalq sülh gününə həsr olunmuş Yuneskonun təşkilatçılığı ilə baş tutan Uşaq və Gənclər arasında 6-9 yaş qrupu üzrə rəsm müsabiqəsinin qalibi oldu.
1930-1933-cü illərdə Bakının mərkəzində ...