“Mən bullinqə qarşıyam” adlı maarifləndirici tədbir

    Noyabr 28-də tarixlərində məktəb rəhbərliyi və Pirallahı rayon Polis İdarəsinin birgə əməkdaşlığı ilə “Mən bullinqə qarşıyam” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edən polis İdarəsinin Xidməti işlər üzrə rəis müavini Fəxrəddin Babayev bildirib ki, son zamanlar dünyanın bütün ölkələrində təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda yer almış bullinqdir (uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranış). Bütün uşaqlar gec-tez bullinqlə rastlaşırlar: ya qurban, ya incidilən şəxs və ya şahid kimi. Bütün bunlar uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir.

    Məktəbin tərbiyə işləri üzrə direktor müavini S.Rəhimova diqqətə çatdırıb ki, çox zaman uşaqlar arasında baş verən konfliktlər böyüklər tərəfindən biganəliklə qarşılanır. Valideynlər bu kimi konfliktlərin ciddi olmadığını, uşaqların bunları yaşayaraq böyüdüklərini və problemlərini özləri həll edə bilməyi, beləcə öyrəndiklərini düşünərək müdaxilə etməyin mənasız olduğunu hesab edirlər. Eyni zamanda bildirdi ki, Azərbaycanda bullinq əleyhinə heç bir qanun layihəsi işlənib hazırlanmayıb. Bullinq hallarının qarşısının alınması üçün bu sahədə geniş izah verə biləcək və profilaktika məqsədilə müəyyən proqramların yaradılmasını tələb edəcək qanun layihəsinin hazırlanması və tətbiq edilməsi məktəblərdə bullinqin qarşısının alınmasına ən böyük yardım göstərmiş olar. Bullinq şagirdlərin böyümə prosesində ən ciddi problem olub, dərin travma izləri buraxacaq davranışlardan biridir və onun qarşısının alınması məktəblərin və təhsil sisteminin qarşısında duran ən vacib məsələdir.Sonra məktəbin psixoloqu Röya Qəhrəmanova şagirdlərə videoçarx nümayiş etdirib.Şagirdlər videoçarxı izlədikdən sonra öz fikirlərini bölüşüblər.Şagirdlərə UBR-Zülfunaz Abasova tərəfindən bullinq izah edən slayd təqdim olunub.Sonda şagirdlərə tədbirdə sərgilənən “stop bullying” və “xoşbəxt uşaqlar” lövhəsinə rəngli kağızlar yapışdırmaqla etirazlarını bildirmələri tövsiyə olunub.Bullinqə uğrayan şagirdlər sarı kağızları “stop bullying” lövhəsinə, digər şagirdlər isə çəhrayı kağızları “xoşbəxt uşaqlar” lövhəsinə yapışdırıblar.

    Tədbirdə iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb,və məlum olubki,şagirdlər bullinq nə olduğunu anladılar və belə halların yaranmasına mane olacaqlarına söz veriblər. Tədbirdə şagirdlərə maarifləndirici materiallar paylanılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi