“28 May-Müstəqillik Günü” nə həsr olunan xüsusi dərs

Mayın 27-də məktəbin tarix müəllimi Şəfəq Abdıyeva “28 May-Müstəqillik Günü” ilə əlaqədar IX sinif şagirdlərinin iştirakı ilə xüsusu dərs keçirib. Xüsusi dərs zamanı şagirdlərə "28 May-Müstəqillik Günü” nün tarixi haqqında məlumat verilib. Şəfəq Abdıyeva bu tarixi günün xalqımızın yaddaşında azadlıq və milli dövlətçilik uğrunda mübarizənin simvolu olduğunu və bu gün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətninin idealarına əsaslanan müstəqil, hüquqi və dünyəvi dövlətin qurulmasının davam etdirildiyini vurğulayıb. Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, işğaldan azad olunan ərazilərdə üçrəngli bayrağımızın dalğalandığını, vətəndaş cəmiyyəti, iqtisadi və sosial islahatların dövlət siyasətinin prioritetinə çevrildiyini qeyd edib. Sonda mövzu ilə bağlı şagirdlərin təqdimatları və videoçarx nümayiş olunub.