“Qohumlarası nikahların fəsadları“ mövzusunda maarifləndirici məşğələ

 Aprelin 8-də məktəbin psixoloqu Röya Qəhrəmanova tərəfindən IX sinif şagirdlərinin iştirakı ilə “Qohumlarası nikahların fəsadları“ mövzusunda maarifləndirici məşğələ keçirilib.

İlk olaraq şagirdlərə gənclər arasında ailənin və nigahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi haqqında məlumat verilib. Bildirilib ki, qohum nigahlar genetik xəstəlikləri artıran önəmli faktordur. Qohum evliliklə­rində ən çox rast gəlinən qan xəstəlikləri, göz, qulaq, əzələ–sinir, ürək-damar və şəkər xəstəlikləri, ağıldankəmlik, qan xəstəlikləri arasında isə talassemi­ya, hemofiliya və başqa qan xəstəliklərinin daha çox yayıldığı vurğulanıb.

   Məşğələdə mövzu ilə bağlı videoçarx nümayiş olunub. Qohumlararası nigahların qarşısının alınmasının həlli yolları, qohumlararası nigahların səbəbləri və yarana biləcək fəsadları barədə fikir mübadiləsi aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi