“İngilis dili fənn aylığı” ilə əlaqədar tədbir keçirilib

    Mayın 16-da  “İngilis dili fənn aylığı”  çərçivəsində məktəbin  ingilis dili müəllimləri- Failə Zeynalova , Mehriban Adıgözəlova, Natəvan Rüstəmovanın təşkilatçılığı, Zərifə Xəlilova və Leyla Həbibovanın dəstəyi ilə tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılan tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib. Tədbir boyu II-XI sinif şagirdlərinin hazırladıqları müxtəlif və rəngarəng çıxışlar təqdim olunub. Şagirdlər ingilis dilində öz bilik və bacarıqlarını yüksək səviyyədə nümayiş etdirərək təqdimat və çıxışlar edib, şeirlər söyləyib, mahnılar ifa ediblər. Daha sonra təbdir səhnəcik və kompozisiyalarla davam etdirilib. Təqdim edilən proqram hər kəs tərəfindən çox böyük maraqla izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi