“Ailə dəyərləri” mövzusunda maarifləndirci söhbət

15 may Beynəlxalq Ailə Günü BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə əsasən bütün dünyada qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətin ən müqəddəs təməl daşı hesab olunub.
Bu əlamətdar günlə əlaqədar mayın 15-də psixoloq Röya Qəhrəmanova tərəfindən ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, ailədə sülh və dözümlülük mədəniyyətinin təbliği məqsədilə VII sinif şagirdləri arasında “Ailə dəyərləri” mövzusunda maarifləndirci söhbət aparılıb.
Söhbət zamanı psixoloq ailənin məhəbbət, hörmət, həmrəylik mənbəyi olduğunu, insanın həyatının ailədən başladığını və orada vətəndaş kimi formalaşdığını vurğulayıb. Qeyd olunub ki, ailə həm də milli – mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır. Ölkəmizdə ailə hər zaman müqəddəs sayılıb və bu gün də cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir.