Məktəbimizdə milli ordumuza dəstək - mənəvi birlik aksiyası keçirildi
Aprelin 5-də məktəbimizin bütün müəllim və şagird heyəti birlikdə Azərbaycan Milli Ordusuna, Azərbaycan əsgərinə mənəvi dəstəyini, inamını, sevgisini göstərmək üçün bir yerə toplaşdılar. Birlik aksiyası Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatları nəticəsində Vətən uğrunda canından, qanından keçərək həyatlarını fəda etmiş ŞƏHİDLƏRİMİZİN ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı, daha sonra Azərbaycan Respublikasının Dövlət Himninin müəllim və şagird kollektivimiz tərəfindən səsləndirilməsi ilə davam etdi. Tədbirdə çıxış edən məktəbin direktoru Mikayılov Şakir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, son dövrlər erməni silahlı qüvvələri tərəfindən cəbhədə baş verən hadisələrdən və əsgərlərimizin qəhrəmanlıqlarından söz açıb. Müəllimlərimiz öz çıxışlarında şagirdlərə son günlərdə baş verən hadisələrin tarixi, milli mənəvi əhəmiyyətindən bəhs ediblər. Onlara Vətənin hər bir qarış torpağını göz bəbəyimiz, doğma anamız kimi sevib qorumağın vacibliyini xüsusi vurğulayıblar. ALLAH bütün şəhidlərimizə rəhmət eləsin, nur içində yatsınlar. Onların qanları yerdə qalmayacaq!!!