Müstəqillik günü qeyd olunub

    Oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə məktəbdə “Müstəqilliyimiz əbədidir!” adlı tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib.

    Dövlət himninin sədaları ilə açıq elan edilən tədbirdə Pirallahı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Azad Namazov dövlət müstəqilliyimizin bərpası ilə əlaqədar geniş nitq söylədi. Qeyd edildi ki, dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. 1995-ci il noyabrın 12-də müəllifi ümummilli liderimiz Heydər Əliyev olan müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu ilə ölkəmizdə yeni dövlət quruculuğunun və onun fəaliyyətinin hüquqi əsası yaradıldı.
           Tədbir konsert proqramı və məktəblilər tərəfindən hazırlanmış maraqlı səhnəciklərlə davam etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi