Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya

    Oktyabrın 12-də məktəbin 4 c sinif müəllimi İsmayılova Pərvanə şagirdlərin Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiyasını təşkil edib. Qobustan qayaları, qaya üzərində döymə, qazma üsulu ilə çəkilmiş insan və heyvan rəsmləri, müxtəlif işarə yazılar (petroqliflər) sönmüş palçıq vulkanlar uşaqların marağına səbəb olub. Şagirdlərin diqqətini cəlb edən indiyədək haqqında eşitdikləri qavaldaşını döyəcləyərək ritm səsləndirmək olub. Ekskursiya zamanı şagirdlər Mezolit, Neolit dövrünə aid olan abidələrlə tanış olmuş, bir daha Azərbaycan xalqının əcdadları, tarixi, mədəniyyət və incəsənəti haqqında geniş məlumat alıblar. Azərbaycan bayrağını dalğalandıran şagirdlər gələcəkdə də layiqli vətənpərvər vətəndaş kimi ölkəmizi təmsil edəcəklər.    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi