Məktəbin fəxri məzunu

Məktəbin 1992-ci il məzunu Süleymanov Samir Süleyman oğlu cənab prezidentimiz İlham Əliyevin 2 oktyabr 2019-cu il tarixli müvafiq sərəncamına əsasən Azərbaycanda neft-kimya elminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Samir Süleymanov 1992-ci ildə 168 nömrəli tam orta məktəbi bitirdikdən sonra elə həmin il Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. 2003-2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda kompleks rəisi, 2008-2014-cü illərdə həmin institutda baş mühəndis, 2014-2016-cı illərdə Milli Nüvə Tədqiqatlar Mərkəzinin texniki direktoru, 2016-cı ilin yanvarında AMEA-da laboratoriya müdiri işləmiş, 2017-ci ildə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Hal-hazırda AMEA-da Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) rəhbərinin müavini vəzifəsində çalışır. SETM-də əsasən müdafiə təyinatlı məhsulların yaradılması işi ilə məşğul olur.

Samir Süleymanov müəllimlər günü ərəfəsində oktyabrın 4-də məzun olduğu məktəbə gəlib.O, əldə etdiyi uğurlara görə təhsil aldığı məktəbin pedaqoji heyətinə və  onun üzərində əziyyəti olan fizika müəllimi Şahnaz Salayevaya xüsusi minnətdarlığını bildirib.

Biz də məzunumuzu təbrik edir, gələcək işlərində ona uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi