"Bilik günü" qeyd olunub
Sentyabrın 16-da bütün ümumi təhsil məktəblərində olduğu kimi 168 nömrəli tam orta məktəbdə də “Bilik günü” keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəb rəhbərliyi, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Məktəbin direktoru Mehparə Mansırova tədbiri açıq elan edib. O, ilk olaraq tədbir iştirakçılarını salamlayıb, “Bilik günü” münasibətilə məktəbin müəllim və şagird kollektivini təbrik edib, yeni dərs ilində onlara uğurlar arzulayıb. M.Mansırova çıxışında vurğulayıb ki, dövlətimiz, dövlət başçımız daima gənc nəslin təhsilinə önəm verir, ona diqqət və qayğı göstərir. O, həmçinin ötən tədris ilində ali məktəbə daxil olan şagirdlərin uğurları barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbir şagirdlərin hazırladıqları musiqi, rəqs, şeir və kompoziyalarla davam edib. Sonda ilk zəng çalınıb. Simvolik “Bilik Açarı” I sinif şagirdlərinə təqdim olunub. Tədbirə XI sinif şagirdlərinin ifasındakı kompozisiyalarla yekun vurulub.