"Son Zəng" çalındı

    İyunun 14-də ölkəmizin hər bir guşəsində olduğu kimi məktəbimizdə də “Son zəng” keçirilib. Son zəngin vurulması ilə 2018-2019-cu tədris ilinin başa çatması qeyd olunub, məktəbin 11-ci sinif şagirdləri məzun adını qazanaraq doğma məktəbə vida ediblər. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti, YAP Pirallahı Rayon Təşkilatı və Pirallahı rayonu Ağsaqqallar şurasının nümayəndələri, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

    Azərbaycan Respublikasının Dövlət himninin möhtəşəm sədaları altında şanlı üçrəngli bayrağımızın ucaldılması ilə başlayan tədbiri məktəbin direktoru Mehparə  Mansırova öz çıxışı ilə açıq elan edib. O, tədbirdə iştirak edən qonaqlara pedaqoji heyət adından dərin minnətdarlığını bildirib, məzunları təbrik edərək onlara uğurlar arzulayıb. M.Mansırova 2018-2019-cu  tədris ilinin Azərbaycan Respublikası Təhsil  Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən Ümumi təhsildə keyfiyyət  ili və onun proitet istiqamətləri elan olunmasını bir daha vurğulayıb. O, öz çıxışında tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, keyfiyyət ili çərçivəsində məktəb, müəllim və şagirdlər müxtəlif müsabiqə və yarışların qalibi olub. Belə ki, məktəbin 11 a sinif şagirdi Qorxmaz Məmmədzadə “Heydər Əliyev və Azərbaycan tarixi” adlı elmi-praktik konfransın Pirallahı rayonu üzrə qalib olaraq final turunda iştirak edib. 5 a sinif şagirdi Asif Məmmədov Lütfi Zadə adına IV Məntiq Olimpiadasının final mərhələsində iştirak edərək III yer qazanıb. 7 a sinif şagirdi Fidan Qarazadə "XI Rus dili və ədəbiyyatı" Olimpiadasının qalibləri sırasında yer alıb. Həmçinin 2 c sinif şagirdi Həmid Həmidov, 2 ç sinif şagirdi Atilla Əlizadə, 3 c sinif şagirdi Yusif Məmmədov, 5 a sinif şagirdi Asif Məmmədov Kenquru Beynəlxalq Riyaziyyat Olimpiadasının final turuna vəsiqə qazanıblar. 18 iyunda keçiriləcək final turunda şagirdlərimizin hər birinə uğurlar arzulayırıq.

    Daha sonra çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndələri məzunları əlamətdar gün münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

  Tədbirin davamı prosesində məzunların valideynləri çıxışlarında müəllimliyin necə çətin bir peşə olduğunu qeyd ediblər. Valideynlər bütün müəllimlərə minnətdarlıqlarını bildirərək, onlara çətin və məsuliyyətli işlərində uğurlar arzulayıblar.

    Tədbir məzunların  hazırladıqları musiqi və rəqslərlə davam edib. İbtidai sinif şagirdlərinin hazırladıqları rəqslər tədbir iştirakçılarının əhval-ruhiyyəsini yüksəldib.

    Tədbirin yekununda məzunlar məktəbin simvolik “Bilik Açarı”nı I sinif şagirdlərinə təhvil verib. Sonda "Son zəng"  səslənib. Bu zəng məzunları siniflərə deyil, müstəqil həyata səsləyib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi