Poeziyamızın Vahidi

Əliağanın cəmiyyət həyatına gəlməyinə baxmayaraq ,şerə olan marağı ,həvəsi onu mütaliəyə sövq edirdi.Erkən yaşlarından dahi qəzəl ustadı Məhəmməd Füzulinin bir çox qəzəllərini əzbər bilir,Mirzə Ələkbər Sabirin satiralarnın ahəngdar bəhrlərdə sadə deyim tərzindən təsirlənir ,Seyid Əzimin mənzum hekayələrini ,qəzəllərini dönə-dönə oxuyurdu.Bədii parçaların sıx-sıx verildiyi qəzet və jurnalları da müntəzəm mütaliə edir , bədii yaradıcılıqla dərindən maraqlanır,dövrün problemlərinə ,tələblərinə diqqət yetirirdi.Az keçmir ki, özü də Sabiranə şeirlərlə mətbuatda görünməyə başlayır. Yaradıcılığının ilk dövrünə aid şeirlərində , istər satirik ,istərsə də qəzəl janırında olsun ,bədii dilin hədsiz klassik poeziya dilinə yaxınlığı müşahidə olunur. Ənənəvi məcazlar ,təşbehlər , ərəb-fars izafətləri , qafiyə və rədiflərdə Vahidin özünəməxsus yazı tərzi çətinliklə seçilirdi. Nisbətən, satirik şeirlərində Vahid bədii görümünün , Vahid poetik deyiminin əlamətləri daha tez üzə çıxarmağa başladı və diqqət çəkdi. Bu şeirlərin əsas tənqid hədəfi yoxsul ,aciz insanlara qənim kəsilən , aqil kəslərə zülm edən cahillər idi. Onlar molla , dəllal ,qoçu libası geyinsələr də , mənəviyyatca bir sifətdə idilər və şairin kəskin istehzası ilə ifşa olunurdular. Həmçinin bu satirik şeirlərdə meyxana üslubuna xas bir məzəlik duyulur , qafiyələrin daha səlis , ahəngin daha ritmik olması nəzərə çarpırdı. Təsadüfü deyil ki , Vahid bu xalq şeri janrını məhəlləçilikdən çıxarıb , ona ictimai məzmun gətirir və mətbuatda çap etdirib yaşadığına hökm verirdi.İyirminci yüzilliyin böyük qəzəl şairi Əliağa Vahidin ədəbiyyatımız tarixində mövqeyini , onun məhs yaşadığı sosial mühitdə əruza , qəzələ göstərilən təzyiqlər , qadağalar fövqündə dayanaraq poeziyamızın bu zərif ,mənalı , müdrik janırını qoruyub yaşatması ,zəngilişdirilməsi müəyyənləşdirilmiş , möhürlətmişdir. Onun qəzəlləri milli poeziyamızda özünə xas rəngi ,rayihəsi ,ahəngi olan qiymətli sənət inciləri kimi əbədi qərar tutmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi