"Gənc bioloqların yaradıcılıq müsabiqəsi"nin rayon mərhələsi

    Bildiyimiz kimi, artıq bir neçə ildir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müvafiq əmrləri ilə “Gənc bioloqların yaradıcılıq müsabiqəsi” keçirilir. Müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlərin biologiya elminə olan marağını daha da artırması, bu sahədə nəzəri-təcrübi biliklərin təkmilləşdirilməsi, onların praktik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlarının üzə çıxarılmasından ibarətdir.

    Mayın 24-də müsabiqənin rayon mərhələsi Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 168 nömrəli tam orta məktəbdə keçirilib. Müsabiqədə 168, 186, 231, 235 və 243 nömrəli tam orta məktəbin komandaları iştirak edib. Müsabiqənin şərtlərinə uyğun olaraq hər məktəbdən 1 komanda, hər komandada 3 şagird ( 1 nəfər 9-cu sinif, 1 nəfər 10-cu sinif, 1 nəfər 11-ci sinif) iştirak edib. Komandalara 2 (iki) akademik saat ərzində 30 sualdan ibarət testi və 2 məsələni həll etməyə vaxt verilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi