İnsan Hüquqları Aylığı
“İnsan Hüquqları Aylığı” ilə əlaqədar məktəbdə 18 may-18 iyun tarixlərində silsilə tədbirlər keçirilməsi nəzərdə tutulub. Aylığın keçirilməsində qarşıya qoyulan məqsəd-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Aylıq çərçivəsində maarifləndirici tədbir, “dəyirmi masa”, seminar, müsabiqə və sərgilər təşkil ediməsi nəzərdə tutulub.
Mayın 18-də tarix müəllimi Aygün Zeynalovanın təşkilatçılığı, V-XI sinif şagirdlərinin iştirakı ilə “Mənim hüquqlarım məni qoruyur” adlı “Dəyirmi masa” keçirilib. Şagirdlər öz hüquqları haqqında fikirlər söyləyiblər. Şagirdlərin bilmədikləri hüquqlar barədə müəllim onlara ətraflı məlumat verib.
Mayın 24-də 10 saylı BŞX-nın həkimlərinin iştirakı ilə uşaqların sağlam yaşamaq hüququnun təmin edilməsi məqsədi ilə maarifləndirici tədbir keçirilib. Həkimlər şagirdlərə sağlamlığın qorunması ilə bağlı müxtəlif əyani vəsaitlər paylayaraq sanitar-gigiyenik qaydalar haqqında məlumat verib, videoçarx nümayiş etdirərək ilkin tibbi yardım haqqında praktik biliklər veriblər. Məktəbin tibb bacısı Könül Rüstəmova isə son günlərdə geniş yayılan uşaq xəstəlikləri və onların qarşısının alınması yolları haqqında məlumat verib. Sonda həkimlər şagird və müəllim heyətini maraqlandıran sualları cavablandırıblar.