“Sağlam həyat tərzinin başlıca şərtləri”
Mayın 23-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin əməkdaşları tərəfindən 5-9-cu sinif şagirdlərinin iştirakı ilə “Sağlam həyat tərzinin başlıca şərtləri” mövzusunda seminar keçirilib. Seminarda şagirdlərə sağlam həyat tərzinin əsas qaydaları, məktəblinin düzgün qidalanması, qida etiketləri ilə bağlı ətraflı məlumat verilib. Daha sonra mövzuları əhatə edən videoçarx və slaydlar nümayiş olunaraq lazımi məsləhətlər verilib.