İ.Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş "Açıq dərs"

    Mayın 21-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Alxasova 8 a sinfində İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş “Açıq dərs” keçirib. Dərsdə məktəbin direktoru Mehparə Mansırova, təlim-tərbiyə işləri üzrə direktor müavini Kəklik Böyükkişiyeva, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edib.

    Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İ.Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs edən S.Alxasova bildirib ki, şair ədəbi irsinin əsas hissəsini ana dilində qələmə alıb. S.Alxasova Nəsimi poeziyasının Azərbaycan poetik dilinin inkişafına göstərdiyi böyük təsir barədə danışıb. O, öz yaradıcılığında Azərbaycan xalqının arzu və istəklərini, ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edib. Qeyd olunub ki, İ.Nəsiminin adı Azərbaycanda əbədiləşdirilib, elm və təhsil ocaqlarına, rayon, küçə, meydanlara onun adı verilib, abidəsi ucaldılıb.

    Sonra şagirdlər Nəsiminin həyat və yaradıcılığından bəhs edən təqdimatlarla çıxış edib, qəzəllərini söyləyib, səhnəciklər göstəriblər. Sonda şairin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi