Azərbaycan Dövlət Pedaqoji Universitetində "Açıq qapı günü"

    Mayın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu ali məktəbə daxil olmaq istəyən abituriyentlər üçün “Açıq qapı günü” keçirilib.

    “Açıq qapı günü”nün keçirilməsinin məqsədi abituriyentləri ADPU-ya qəbul qaydaları və tədris prosesi ilə tanış etmək idi.

    “Açıq qapı günü”ndə məktəbin direktoru Mehparə Mansırova, təlim-tərbiyə işləri üzrə direktor müavini Kəklik Böyükkişiyeva, uşaq birliyi rəhbəri Zülfinaz Abasova və 10-11-ci sinif şagirdləri iştirak edib. Onlara universitetin yaranma tarixi, keçdiyi böyük və şərəfli inkişaf yolu, həmçinin bu ali təhsil müəssisəsinin müasir vəziyyəti barədə geniş məlumat verilib.

    Bildirilib ki, ADPU zəngin maddi-texniki bazaya, güclü elmi-pedaqoji kadr potensialına malikdir. Dekanlar rəhbərlik etdikləri fakültələrin fəaliyyəti, kafedraları, müəllim və tələbələri, elmi-tədqiqat laboratoriyaları, eləcə də keçirilən ictimai-mədəni tədbirlər barədə ətraflı məlumat verib, abituriyentləri müəllim peşəsini seçməyə çağırıblar.

    Sonda şagirdlərin sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi