Şagirdlərimiz ulu öndərə həsr olunmuş yaradıcılıq sərgisində

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş paytaxt məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdlərinin yaradıcılıq sərgisi keçirilib.

    Bakı şəhəri üzrə 229 nömrəli tam orta məktəbdə təşkil olunan sərgidə BŞTİ-nin müdiri Rəşad Tağıyev, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, İdarənin müvafiq struktur bölmə rəhbərləri, təhsil  müəssisələrinin rəhbərləri, şagirdlər, valideynlər, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

    Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev qonaqları salamlayıb, bu kimi tədbirlərin istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rolu olduğunu bildirib.  Ümummilli liderin xatirəsinə həsr olunan sərgini yüksək dəyərləndirənidarə müdiri məktəbliləri Azərbaycan xalqının xilaskarı olan Heydər Əliyev irsini daha dərindən öyrənməyə və ondan bəhrələnməyə çağırıb.

    Tədbirdə çıxış edən BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova və digər qonaqlar məktəbliləri yüksək yaradıcılıq qabiliyyətlərinə görə təbrik edib, milli və ümumbəşəri dəyərləri dərindən bilən türk dünyasının böyük oğlu Heydər Əliyevin milli mədəniyyətimizin inkişafı üçün hər zaman əzmkarlıq, fədakarlıq, təşəbbüs və yüksək təşkilatçılıq nümunəsi göstərdiyini nəzərə çatdırıblar. Çıxış edənlər bütün fəaliyyəti və şəxsi həyatı ilə nəsillərə örnək olan dahi şəxsiyyətin xatirəsinə həsr olunmuş tədbirlərin ümumxalq məhəbbətinin təzahürünə çevrildiyini və ulu öndərin Azərbaycan xalqının qəlbində daim yaşayacağını vurğulayıblar.

    Daha sonra qonaqlar müxtəlif bölmələr üzrə sərgilənən əl işləri ilə tanış olublar.

Bakı şəhərinin ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin istedadlı şagirdləri təsviri incəsənət, dekorativ  tətbiqi sənət, floristika, elmi texniki, dizayn işləri, ulu öndər Heydər Əliyevin həyatını və ictimai-siyasi fəaliyyətini özündə əks etdirən yaradıcılıq nümunələrini nümayiş etdiriblər.

    Həmçinin 168 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Günel Həsənova, 6 a sinif şagirdi Zərnişan Həsənova və 9 b sinif şagirdi Mehti Mahmudov sərgidə iştirak ediblər.

    Qeyd edək ki, tədbirin əsas məqsədi yaradıcılığın müxtəlif  sahələrində xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onlarda  Vətənə məhəbbət, dostluq, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət  hisslərini aşılamaq, bədii-estetik zövqü, həmçinin, yaradıcı düşüncəni inkişaf etdirməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi