"Günəş, Sülh və Çiçək" müsabiqəsində 1-ci olduq
Mayın 10-da Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində Heydər Əliyevin anadan olmasının 96-cı illiyinə həsr olunmuş “Günəş, Sülh və Çiçək" adlı tədbir keçirilib. Tədbirdə Mədəniyyət Mərkəzinin direktoru Afət İbrahimova, 168, 186, 235 və 243 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, N saylı hərbi hissənin əsgərləri iştirak edib. Tədbir zamanı məktəblər arasında "Günəş, Sülh və Çiçək" mövzusunda rəsm və rəqs müsabiqələri keçirilib. Tədbirin sonunda münsiflər heyətinin yekun qərarı ilə 168 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi 1-ci yerə layiq görülərək Fəxri Fərmanla təltif olunublar.