Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya

    Şagirdlərin dünyügörüşünü zənginləşdirmək, mədəni irsimizi və milli dəyərlərimizlə yaxından tanış etmək məqsədilə mayın 4-də ibtidai sinif müəllimi Pərvanə İsmayılovanın təşkilatçılığı ilə 3 c sinif şagirdlərinin Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyası təşkil olunmuşdur.

    Ekskursiya zamanı şagirdlər şərqdə yaradılmış ilk rəsədxana ilə yaxından tanış olmuş, ŞAR-ın rəsmi yaranma tarixi, Marsda və Ayda bir neçə kraterin ŞAR-ın əməkdaşlarının adı ilə kəşf olunmuş, daha bir kiçik planetə alim Əyyub Quliyevin adının verilməsi haqqında bilgilər əldə etmişlər.Sehirli xalat ” filmindən izlədikləri köhnə astrofizik cihazı və göydən yerə düşən meterolitləri əyani olaraq görmək şagirdlərin diqqətini cəlb etmişdir.

    “Yurdumuzu tanıyaq” prinsipinə əsaslanaraq təşkil olunmuş ekskursiya sayəsində bir daha vətənimizə məxsus olan mədəni irsimizin, dəyərlərimizin qorunub qiymətləndirilməsi təbliğ olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi