Ombusman hüquq departamentinin nümayəndələrinin iştirakı ilə uşaq hüquqları haqqında təlim keçirildi.

Hüquqları öyrənmək insana hava , su ,qida kimi olduqca vacibdir. Bir insan hüquqlarını öyrənərsə ,özünü hüquqi cəhətdən bilikli hesab edərsə,bütün imkanlardan da daha asan və səmərəli istifadə edə bilər.İstər ailədə , istər məktəbdə , ümumiyyətlə isə həyatımızın bütün sahələrində hüquqlar bizi müşayət edir. Ona görə də biz onları lazımınca bilməliyik.Unutmamalıyıq ki , yaşımızın üstünə yaş gəldikcə , yəni biz bir yaş böyüdükcə hüquqlarımızın da sayı artır. Biz hər yaş dövrümüzdə istifadə etməli olduğumuz hüquqlarımızı, eləcə də vəzifələrimizi bilsək heç zaman kimsə bizə irad tuta bilməz. Bir vətəndaşın öz hüquqlarını qoruması o cümlədən , digər şəxslərin hüquqlarına hörmətlə yanaşması bir çox amillərlə yanaşı həmin şəxsin "İnsan Hüquqlarını" nə dərəcədə bilməsindən aslıdır. Əgər şəxs "İnsan Hüquqlarını " yəni öz hüquqlarını və onun mahiyyətini bilərsə , dərk edərsə öz hüquqlarını qorumağı daha asan olar və digər insanların hüquqlarına da hörmətlə yanaşar. " İnsan Hüquqlarını " - öz hüquqlarını bilməyən vətəndaş isə bilmədiyi bir şeyi -hüquqları qorumaqda və digərlərinin hüquqlarına hörmət etməkdə çətinlik çəkər. Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi: Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilərsə , o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. Bu gün hüquqlarımızın təmin olunması üçün geniş imkanlar var.Azərbaycan Respubliksının Prezidenti cənab İLHAM ƏLİYEVİN 22 dekabr 2008-ci il tarixli 103 nömrəli Sərəncamı ilə 2009-cu ilin "Uşaq ili " elan edilməsi uşaqların vəziyyətinin yaxşılaşdırılması , insan hüquqlarının bir tərkib hissəsi olan uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi baxımından yeni bir mərhələ açdı , uşaqlara diqqət bir qədər artdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi