Sınaq qiymətləndirmə

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş məktəb seminarlarında qeyd edildiyi kimi, 9-cu siniflərdə keyfiyyətin artırılması məqsədi ilə BŞTİ-nin tabeliyində olan ümumtəhsil müəssisələrində təhsil alan zəif təlim nəticəli şagirdlərin müəyyənləşdirilməsi və həmin şagirdlərlə məqsədyönlü işin təşkili nəzərdə tutulub.

    İmtahanın nəticələrinə əsasən zəif nəticə göstərmiş 9-cu sinif şagirdləri ilə daha səmərəli təlim fəaliyyəti aparmaq məqsədi ilə sistemli və ardıcıl, nəticəyönümlü fəaliyyət təşkil etmək üçün əlavə dərslər təşkil olunur. Zəif təlim göstəricisi müəyyən olunmuş şagirdlər fənn üzrə qruplaşdırılıb, əlavə məşğələlər üçün cədvəl müəyyən edilib, buraxılış imtahanı fənlərinin hər birindən həftədə 3 dəfə olmaqla əlavə məşğələlərə cəlb ediliblər. 

    Aprelin 22-də  zəif nəticə göstərmiş şagirdlərin iştirakı ilə Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə sınaq qiymətləndirmə keçirilib. Qiymətləndirmənin keçirilməsində məqsəd şagirdlərin buraxılış imtahanına hazırlıq səviyyəsinin yoxlanılmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi