“Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir
Aprelin 20-də Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Türkiyə və İran səfirliklərinin, o cümlədən Bakı Şəhər Mədəniyyət Baş idarəsinin təmsilçiləri, Rus İcmasının üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, rayonda fəaliyyət göstərən ümümi təhsil məktəblərinin kollektivləri iştirak ediblər.
Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin təşkil etdiyi UNESKO-ya daxil olan qeyri-maddi irsimizin bir numunəsi olan "Dolma" müsabiqəsində 168 nömrəli tam orta məktəbin kollektivi fəal iştirak edib. Təqdim olunan milli yeməklər münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Məktəb kollektivi müsabiqədə fəal iştirakına görə fəxri fərmanla təltif edilib.