“Heydər Əliyev və Azərbaycan tarixi” adlı elmi-konfrans keçirilib

    Aprelin 8-də məktəbin akt zalında Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” adlı elmi-konfrans keçirilib. Konfransda Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-Siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli, məktəbin direktoru Mehparə Mansırova, tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimova, 168, 186, 231, 235, 243 nömrəli tam orta məktəbin tarix müəllimləri və birinci mərhələdən seçilən şagirdlər iştirak edib.

    Konfransın keçirilməsinin məqsəd və mahiyyəti açıqlandıqdan sonra şagirdlər Sacilər dövləti, Azərbaycan Səfəvilər dövləti-XVII əsrin I yarısında, Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu, Cənubi Azərbaycan-Ş.M.Xiyabani hərəkatı mövzularında məruzə ilə çıxış edərək öz elmi işlərini təqdim ediblər. Bir-birindən maraqlı çıxışlar konfrans iştirakçıları tərəfindən diqqətlə dinlənilib.

    Sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-Siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov və Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli çıxış ediblər. Qonaqlar öz çıxışlarında konfransın əhəmiyyəti barəsində geniş məlumat veriblər. Şagirdlərin hazırladıqları məruzələr yüksək qiymətləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi