Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinin oxusu və müzakirəsi

    Martın 28-də Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Manafova, kitabxanaçı Ülviyə Niftəliyevanın təşkilatçılığı və 7-ci sinif şagirdlərinin iştirakı ilə dini xurafat, ehkamçılıq və cəhalətin tənqidindən bəhs edən Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin oxusu və müzakirəsi keçirilib.

    Müəllim şagirdlərin nəzərinə çatdırıb ki, əsər 1909-cu ildə fanatizmin və cəhalətin törətdiyi bəlaların əleyhinə yazılmış tragikomediyadır.

    Əsərdə bir-birinə qarşı qoyulan İsgəndər və Şeyx Nəsrullah obrazları şagirdlər tərəfindən müzakirə olundu. Müzakirə zamanı yazıçının bir sıra dram əsərlərinin dərin ictimai mənası, mühüm problemləri əhatə etməsi ilə bağlı fikirlər söyləndi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi