"Heydər Əliyev irsinin öyrənilməsi" məqsədi ilə dərs keçirilib

    Martın 14-də “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərs keçirilib. Dərslərin keçirilməsinin əsas məqsədi Ümummilli Liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ulu Öndərin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasıdır.

    Dərsdə 168,231 və 235 nömrəli tam orta məktəbin direktorları və 10-11-ci sinif şagirdləri iştirak ediblər. 231 və 235 nömrəli tam orta məktəbin tarix müəllimləri Vüsalə Alyarova və Türkan Məmmədovanın məruzələri maraqla dinlənilib. Müəllimlər Ulu Öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat veriblər. Məruzələrdə ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi həyata keçirdiyi işlərdən, o cümlədən ölkəmizdə əsaslı sabitlik və inkişafın əldə olunmasındakı rolundan bəhs edilib. Həmçinin məruzələrdə Ulu Öndərin zəngin irsinin dərindən və hərtərəfli öyrənilməsinin böyük əhəmiyyətə malik olduğu vurğulanıb.

    Məruzələr dinləndikdən sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.

   Məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından böyük əhəmiyyət daşıyan bu dərslər şagirdlərin milli mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi