"Narkomaniya ümumbəşəri bəladır!" adlı tədbir
Martın 14-də məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov, Bakı şəhəri Narkoloji Dispanserin həkimi-narkoloq Yaşar Bədəlli, rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin müəllim və şagirdləri iştirak ediblər.
Pirallahı Rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışıb və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, müstəqillik əldə edildikdən sonra bir sıra problemlər kimi narkomaniya probleminə qarşı mübarizə tədbirlərinin görülməsinin vacibliyi də ön plana çıxmışdır və problemin həlli üçün müvafiq işlər görülmüşdür.
Bakı şəhəri Narkoloji Dispanserin həkimi-narkoloq Yaşar Bədəlli çıxış edərək narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək dərəcədə fəsadlar vurduğunu bildirib, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.
Tədbirin sonunda məktəblilərin mövzuya dair hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.