8-ci siniflərdə monitorinq
Martın 14-də məktəbin 8-ci siniflərində tədrisin vəziyyətinin öyrənilməsi məqsədilə məktəb rəhbərliyi tərəfindən Azərbaycan dili və riyaziyyat fənləri üzrə monitorinq keçirilib. Monitorinqdə məktəbin təlim-tərbiyə işləri üzrə direktoru müavini Kəklik Böyükkişiyeva iştirak edib. Metodbirləşmə sədrləri və fənn müəllimlərinin razılığı ilə kurikulum standartlarına uyğun tərtib edilmiş açıq və qapalı tipli test tapşırıqları şagirdlər tərəfindən cavablandırılıb. Nəticələr pedaqoji şuranın növbəti iclasında elan ediləcək.