1 Mart Ümumdünya Mülki Müdafiə Günüdür
Martın 1-də Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar məktəbdə sinif saatları keçirilib. Belə sinif saatlarının keçirilməsi şagirdlərin yarana biləcək fövqəladə hallara hazır olması məqsədi daşıyır. Məktəbin direktoru Mehparə Mansırova, hərbi rəhbər Əbdülxalıq Mustafayev sinif saatlarında iştirak edib.
Ə. Mustafayev şagirdlərə Ümumdünya Mülki Müdafiə Günü-1 mart 1972-ci ildə yaranması haqqında məlumat verib. O, həmçinin fövqəladə hallar zamanı özünə və digərinə ilkin yardımın göstərilməsi qaydaları haqqında şagirdlərə geniş məlumat verib. Hər hansı zədə (əzilmə, sınıq, yanıq və s.) almış şəxsin həyatını xilas etmək üçün göstərilmiş ilk tibbi yardımın böyük əhəmiyyətini vurğulayıb. Hadisə yerində bir sıra sadə tədbirləri gecikmədən həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür. Həmçinin bildirib ki, ilk tibbi yardımın göstərilməsinin məqsədi həyatı təhlükəni aradan qaldırmaqdan ibarətdir. Bunun üçün tibbi yardım çantasının olması vacibdir. Müəllim şagirdlərə tibbi çantadan, əlehqazdan istifadə olunmasını əyani şəkildə göstərib.