Xocalı Soyqırımının 24-cü ildönümünün yad edilməsi ilə bağlı silsilə tədbirlər
Bakı şəhəri üzrə Təhsil İdarəsinin 15.02.2016-ci il tarixli 78 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq məktəbimizdə Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün yad edilməsi ilə bağlı bir sıra tədbirlər keçirilmişdir. 19 fevral 2016-cı ildə məktəbdə Xocalı soyqırımına həsr edilmiş guşə yaradılmış, rəsm sərgisi təşkil edilmiş, divar qəzetləri hazırlanmışdır. Eyni zamanda, elektron lövhə və proyektor olan sinif otaqlarında məktəbin ibtidai sinif şagirdləri də daxil olmaqla siniflərdə Xocalı soyqırımını əks etdirən sənədli və bədii filmlərin nümayişi təşkil edilmişdir.Həftə ərzində sənədli filmlərlə yanaşı şagirdlərə və məktəb kollektivinə Xoca filmi nümayiş etdirilmiş, qruplar şəklində Xocalı soyqırımı qurbanlarının xatirə abidəsinə ziyarət təşkil edilmişdir.Bundan əlavə məktəbdə Xocalı soyqırımına həsr olunmuş rəsm və inşa müsabiqəsi keçirilmiş, soyqırımla əlaqədar ədəbi-bədii kompozisiyalar da hazırlanmışdır.