"20 Yanvar faciəsi" heç vaxt unudulmayacaq!

    Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən "20 Yanvar–Ümumxalq Hüzn Günü"nə həsr edilən bir sıra tədbirlər məktəbin fəaliyyət planında öz əksini tapmışdır. Tədbirlərin keçirilməsində  məqsəd  şagirdlərdə vətənə məhəbbət hissini daha da möhkəmləndirmək,  onları  vətənə layiqli övlad kimi yetişdirilmək və əsil vətəndaş mövqeyini məktəblilərə çatdırmaqdır.

    Yanvarın 16-da "20 Yanvar faciəsi"nin 29-cu ildönümü ilə əlaqədar məktəbin akt zalında “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” adlı tədbir  keçirilib. İlk olaraq şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra məktəbin tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevda "20 Yanvar faciəsi" şəhidlərinin Vətənin azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətlərdən, qəhrəmanlıqlardan danışıb. O, öz çıxışında 20 Yanvar 1990-cı ildə keçmiş sovet dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu, milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış onlarla günahsız insanın qətlə yetirildiyini və yaralandığını qeyd edib. Hazırlanmış əbədi-bədii kompozisiyada şagirdlər şeirlər söyləyib, mahnılar ifa ediblər.

    Daha sonra foyedə faciəni əks etdirən  IX-XI sinif şagirdlərinin  rəsm əsərlərinə və sərgilənən kitablara baxış keçirilib.

    Yanvarın 19-da məktəbin 9 b  sinfinin  rəhbəri  Hacıyeva  Natəvan  şagirdləri  20  Yanvar  şəhidlərini  ziyarət  etmək  üçün  Şəhidlər  Xiyabanına  aparıb. H. Natəvan Şəhidlər  Xiyabanına  onlarla  müəllimin  şagirdləri  ilə   gəldiklərini  görəndə  çox  qürur  hissi  keçirtdiyini  söyləyib.

    Yanvarın 19-da həmçinin   3 c sinfinin rəhbəri İsmayılova  Pərvanə şagirdlərini Pirallahı  rayonunda  yerləşən  "Vətən  uğrunda " abidə  kompleksini  ziyarət  etməyə aparıb. Şagirdlər abidə  önünə  qərənfillər  düzüblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi