“Dil və Cəmiyyət” mövzusunda dəyirmi masa keçirildi
"Beynəlxalq Ana dili Günü" ilə əlaqədar olaraq 19.02.2016-cı il tarixində məktəbimizdə VII b, IX b və XI a sinif şagirdlərinin birgə hazırladığı “Dil və Cəmiyyət” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri metodbirləşmə rəhbəri S. Alxasova ulu öndər H. Əliyevin “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir” kəlamı ilə açmışdır. Tədbir boyu Mimio Studio proqramının elektron lövhəsindən istifadə edilmişdir. Tədbirdə VII b sinif şagirdləri Əlicabbar Cabbarzadə, Natiq İsmayılov, Aysel Tomarova, Şəmsi Mirzəyev, Şəms Məlikova, Rüstəm Mirzəyev, IX b sinif şagirdləri Balaməmmədova İlahə, Beybutova Aytən, Əzizova Ləman, Məmmədzadə Leyla və Rəsulova Təranə, XI a sinif şagirdləri Xəzər Namazlı, Məryəm Kazımova, Nigar Quliyeva, Yaşar Namazov, Natiq Bayramov fəal iştirak etmişlər. Əzizova Ləman B. Vahabzadənin “Ana dili” şeirini, Məmmədzadə Leyla “Azərbaycan dilinin keçdiyi tarixi yol”, Balaməmmədova İlahə “Görkəmli şəxsiyyətlər ana dili haqqında”, Beybutova Aytən Rəsul Rzanın “Mən torpağam” şeirini söyləməsi iştirakçıların rəğbətini qazanmışdır. Dəyirmi masada məktəbin Dil ədəbiyyat müəllimləri Ə. Pərvanə və M. Sevda dəyərli fikirlər söyləmiş və şagirdlərlə dialoqa girmişlər. Tədbirdə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini B. Kəklik, tərbiyə işləri üzrə direktor müavini R. Sevda, məktəbin psixoloqu Q. Röya, İnformatika müəllimi S. Səmayə, informatika laborantı S. Ayəbniz, B. Nahidə, ibtidai sinif müəllimi Ə. Nigar iştirak etmişdir. Dəyirmi masada XI a sinif şagirdi Nigar Quliyeva qeyd etdi ki, dilimizin adının qorunub saxlanması, dövlət dili kimi Azərbaycan Konstitutsiyasında təsbit edilməsi, dilimizin özünün xarici təsirlərdən qorunması prezidentimiz H. Əliyevin xalqımız qarşısında unudulmaz xidmətlərindəndir. Bu gün o missiyanı cənab prezidentimiz İlham Əliyev ləyaqətlə həyata keçirir. Tədbirdə Azərbaycan dilinin keçdiyi tarixi yollardan, onun qorunub saxlanmasından, bu günündən və sabahından söz açılmışdır. Dil daşıyıcıları bizlər dilimizin saflığını hər zaman qoruyuruq fikri ilə “Dəyirmi masa” başa çatmışdır.