9-cu siniflərdə monitorinq
Dekabrın 14-də məktəbin 9-cu siniflərində tədrisin vəziyyətinin öyrənilməsi məqsədilə məktəb rəhbərliyi tərəfindən Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirilib. Monitorinqdə məktəbin direktoru Mehparə Mansırova, təlim-tərbiyə işləri üzrə direktoru müavini Kəklik Böyükkişiyeva iştirak edib. Metodbirləşmə sədrləri və fənn müəllimlərinin razılığı ilə kurikulum standartlarına uyğun tərtib edilmiş açıq və qapalı tipli test tapşırıqları şagirdlər tərəfindən cavablandırılıb. Nəticələr pedaqoji şuranın növbəti iclasında elan ediləcək.