Ulu öndər Heydər Əliyevin anım günü qeyd olundu

    Dekabrın 12-də məktəbdə Ulu öndərimiz Heydər Əliyevin anım günü ilə əlaqədar dərs saatları  keçirilib. Öncə Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dərslərin təşkil edilməsinin əsas məqsədi Ulu öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ümummilli liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılması idi. Müəllimlər şagirdlərə Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində müstəsna rol oynadığı barədə məlumat veriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi