V sinifdə Azərbaycan dilindən açıq dərs - Fənn müəllimi Musayeva Sevda

10. 02. 2016-cı il tarixində məktəbimizdə "Azərbaycan dili və Ədəbiyyat aylığı" çərçivəsində daha bir açıq dərs keçirilmişdir. Bu dəfəki açıq dərsin müəllifi məktəbimizin dil-ədəbiyyat müəllimi Musayeva Sevda olmuşdur. Sevda müəllimə zəngin Azərbaycan ədəbiyyatını və ana dilimizin bütün incəliklərini çox böyük ustalıqla tədris edən müəllimlərdəndir. 5 C sinfində keçirilən açıq dərsin mövzusu “Ümumi və Xüsusi isimlər” idi. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun bəstələdiyi “ Cəngi” nin möhtəşəm sədaları altında başlayan dərs 5 qrupa bölünmüş şagirdlərin öz qrupları ilə eyniadlı olan Azərbaycan qalaları haqda zəngin məlumatarla dolu təqdimatların qrup liderləri tərəfindən səsləndirilməsi ilə davam etdi. Çox maraqlı keçən dərsdə motivasiyanın yaradılması, şagirdlərin dərslik üzrə işi və müstəqil tədqiqatlar aparmaları, dərsdə iştirakları nəzərə alınmaqla qiymətləndirilmələri də müəllim tərəfindən dərs prosesi ərzində ustalıqla təşkil olundu. Sinifdə işgüzar mühit var idi. Şagirdlər dərsin gedişini maraqla izləyir, verilən tapşırıqlar üzərində həvəslə çalışırdılar. Müəllim öz açıq dərsinin mövzusunu musiqi, tarix, ədəbiyyat kimi fənlərlə böyük ustalıqla əlaqələndirmişdi. Sonda ssenarisi Sevda müəllimə tərəfindən yazılmış, şagirdlərin ifasında böyük məharətlə nümayiş olunan "Durğu işarələrinin bəhsi" mövzusunda səhnəcik dərs dinləmədə iştirak edən müəllimlərin böyük marağına səbəb oldu. Dərs dinləmə proshesində məktəbin direktoru M. Şakir, Təlim-tərbiyə işləri üzrə direktor müavini B. Kəklik, Tərbiyə işləri üzrə direktor müavini R. Sevda, Azərbaycan dili və ədəbiyyat fənni üzrə məktəbimizin metodbirləşmə rəhbəri A. Sevda, Azərbaycan dili və Ədəbiyyat müəllimləri İ. Pərvanə, H. Günel, ibtidai sinif müəllimləri Ə. Nigar, O. Amaliya iştirak etmişdir. Dərsdən sonra həyata keçirilən müzakirə prosesi zamanı dərsə aid irad və təkliflər müəllimin nəzərinə çatdırılmış, bütövlükdə dərs həmkarları və məktəb rəhbərliyi tərəfindən müsbət olaraq qiymətləndirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi