X sinifdə Azərbaycan dilindən açıq dərs - Fənn müəllimi Alxasova Sevda
04.02.2016-cı il tarixində 168 N-li tam orta məktəbin X a sinfində fənn aylığı ilə əlaqədar olaraq Azərbaycan dili fənni üzrə açıq dərs keçirildi. Mövzu: Azərbaycan dilində söz yaradıcılığının əsas üsulları. Keçmiş mövzu: Azərbaycan dilinin frazeoloji vahidləri. Frontal sorğu və təqdimatların müzakirəsindən sonra yeni mövzuya keçildi.Yeni mövzu əvvəlcədən Mimio Studio proqramının elektron lövhəsində hazırlanmış slaydlardan istifadə olunaraq, kurikulumun tələblərinə uyğun qurulmuşdur. Motivasiya mərhələsi, tədqiqat sualı, tədqiqatın aparılması, yaradıcı tətbiqetmə hər biri slaydlarla həyata keçirilirdi. Dərsin tipi: Biliklərin ümumiləşdirilməsi və sistemləşdirilməsi idi. İş forması: Qruplarla, kollektiv və fərdi aparılırdı.İş üsulları: Beyin həmləsi, sorğu və müzakirə oldu. Dərsdə 4 qrup fəaliyyət göstərirdi. Qruplar işğal altında olan ərazilərin adlarını daşıyırdı. "Qarabağ", "Laçın", "Şuşa", "Xocalı".Slaydlarda hər qrupa aid xarakterik şəkillər qoyulmuş və müxtəlif, düşündürücü illustrasiyalar zövqlə işlənmişdir. Bunlardan istifadə edən müəllim və şagirdlər çox asanlıqla milli-mənəvi dəyərlərə və dünyəvi dəyərlərə inteqrasiya edirdilər. Dərs boyu şagirdlər Azərbaycan dilində söz yaradıcılığının əsas üsullarından, morfemikadan, sözlərin tərkibindən, onların qurluşundan, parktik şəkildə Mimio Studio proqramının elektron lövhəsindən istifadə etdilər. Hər qrup üçün slaydlarda hazırlanmış suallara şagirdlər elektron lövhədə aydınlıq gətirir, fikirlərini şərh edirdilər. Dərsdə elmilik axıra qədər müəllim tərəfindən izlənildi. Coğrafiya, tarix, musiqi, ədəbiyyat fənləri ilə əlaqələndirmə dərsdə iştirak edən müəllimlər tərəfindən yüksək qiymətləndirildi. Linqvistik təkrara üstünlük verildi. Müzakirə zamanı fənn müəllimləri biz dərsdən öyrəndik söylədilər. Məktəbin tədris işləri üzrə direktor müavini Böyükkişiyeva Kəklik açıq dərsə verilən tələblərin tamamilə ödənildiyini vurğuladı. Təşkilati işlər üzrə direktor müavini Rəhimova Sevda qeyd etdi ki, dərsdə vətənpərvərlik, dövlətçilik hissləri şagirdlərin və müəllimin cümlələrində öz əksini dolğun şəkildə əks etdirirdi. Məktəbin müdiri Mikayılov Şakir dərsə yüksək qiymət vermiş və gənc müəllimlərə Sevda Alxasovanın təcrübəsindən yararlanmağı, xüsusən kurikulum standartlarının istifadə yollarını, onların necə reallaşdığını öyrənməyi tövsiyə etdi.