“Riyaziyyat məntiqdir” mövzusunda elmi-bədii kompozisiya

Fevral ayının ilk həftəsində “Riyaziyyat aylığı”nın yekunu olaraq məktəbimizin şagirdləri maraqlı bir tədbirin şahidi oldular. Məktəbdə “Riyaziyyat məntiqdir” mövzusunda elmi-bədii gecə keçirilmişdir. Məktəbin Riyaziyyat fənni üzrə metodbirləşmə sədri Ağaməliyev Möhsünün rəhbərliyi ilə VI-VII sinif şagirdlərinin ərsəyə gətirdikləri gecəyə müəllimlərlə yanaşı digər siniflərin şagirdləri də dəvətli idilər. Aparıcılıq missiyasını öz üzərinə götürmüş VII sinif şagirdi Yusifova Lamiyə tədbiri giriş sözü ilə açdı. O öz çıxışında qeyd etdi ki, məntiqi təfəkkür insanlara yalnız elmi fəaliyyətdə deyil, həyatın bütün sahələrində lazımdır.Əvvəlcə şagirdlər riyaziyyata, məntiqə aid maraqlı kəlamlar söylədilər. Böyük alim Albert Eynşteyn haqqında şagirdlərə məlumat verildi. Daha sonra şagirdlərimiz Vətənə və müəllimlərə həsr edilmiş maraqlı şeirlər söylədilər.Tədbirin ikinci hissəsində VI sinif şagirdləri iki qrupa bölündülər. Onlar biliklərini nümayiş etdirməli idilər. Qruplara 10 məntiqi məsələ təklif edildi. “Pifaqor” və “Tusi” adlanan qruplar arasında gedən gərgin mübarizədən sonra VI a sinfini təmsil edən “Tusi” komandası yarışın qalibi oldu. Yarışı münsiflər heyətinin sədri, məktəbimizin psixoloqu Qəhrəmanova Röya yekunlaşdırdı. O, öz çıxış nitqində qeyd etdi ki, “Tusi” komandası daha yaxşı nəticə ilə qalib olmuşdur. Onun təqdimatından sonra yarış iştirakçılarına hədiyyələr təqdim edilmişdir.Sonda qonaqlara da bir məntiqi məsələ təklif edilmişdir. Maraqlı keçən tədbiri məktəbin direktoru Mikayılov Şakir yekunlaşdırdı. O, şagirdlərə uğurlar arzulayaraq bütövlükdə tədbirin gedişatından razı qaldığını qeyd etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi