Vətənpərvərlik mövzusunda tədbir
Noyabrın 13-də Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı və Qarabağ Veteranlararı Cəmiyyətinin Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə vətənpərvərlik mövzusunda tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Qarabağ Veteranları Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Aslan Əmrahov, milli qəhrəman Bəxtiyar Allahverdiyev, Pirallahı rayon Ağsaqqallar şurasının sədri Fazil Məmmədov, məktəbin direktoru Mehparə Mansırova, tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimova, Qarabağ uğrunda müharibədə sağlamlıqlarını itirmiş müharibə veteranları iştirak edib. Çıxış edənlər vətənpərvərlik mövzusunun cəmiyyətdə həmişə aktual olmuş və bu gün də aktual olaraq qaldığı vurğulayıblar. Xalqımızın igid oğul və qızları vətən uğrunda, müstəqillik yolunda hər zaman mübarizə aparmış, hətta canlarından belə keçməyə hazır olmuşlar.
Mövzu ilə əlaqədar geniş çıxışlardan sonra Qarabağ Veteranları Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Aslan Əmrahov müharibə veteranlarına cənab prezidentimizin təltif etdiyi medalları təqdim edib.
Sonra söz məktəblilərə verilib. Şagirdlərin vətənpərvərlik mövzusunda hazırladıqları şeir və kompozisiyalarla tədbirə yekun vurulub.