2 fevral – Gənclər Günü qeyd olundu

Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəbimizin akt zalında 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə möhtəşəm bayram tədbiri keçirilmişdir. Bayram tədbirində Pirallahı Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, idarə və müəssisələrin rəhbərləri, müəllimlər, valideynlər, məktəbimizin yuxarı sinif şagirdləri və eləcə də, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Azərbaycan Respublikasının Dövlət himninin möhtəşəm sədaları altında başlayan tədbirdə çıxış edən Pirallahı RİH-in məsul əməkdaşı Seymur Yusibov, Pirallahı rayon Ağsaqqallar şurasının sədri Fazil Məhəmmədov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Aytən Əliyeva fevralın 2-sini Azərbaycan Gəncləri Günü kimi təsdiq etmiş ulu öndər Heydər Əliyevin bu sahədəki misilsiz xidmətlərindən danışmışdır. Natiqlər öz çıxışlarında bildirilmişlər ki, Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dahi şəxsiyyət Heydər Əliyev gənclərin intellektli, savadlı, vətənpərvərlik ruhunda böyümələri üçün onlara daim diqqət və qayğı göstərmişdir. Çıxış edənlər həmçinin gündən-günə daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən yüksək diqqət və qayğıya, gənclərin inkişafı üçün yaradılmış əlverişli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Qeyd etmişlər ki, son illər ölkə həyatının bütün sahələrində gənclərin fəallığı artmışdır.Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra Pirallahı Rayon ümumtəhsil məktəblərinin şagirdlərinin təqdimatında hazırlanmış bədii kompozisiyalar nümayiş olunmuşdur. Məktəblilərimizin ifasında səslənən şeirlər, musiqi parçaları, rəqslər, səhnəciklər tədbir iştirakçıları tərəfindən böyük maraqla izlənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi